525.Az

“TotalEnergies” “Abşeron” yatağından qaz hasilatına başlayıb


 

“TotalEnergies” “Abşeron” yatağından qaz hasilatına başlayıb<b style="color:red"></b>

Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.

525.az “Report”a istinadən xəbər verir ki, bu mərhələ çərçivəsində gündəlik təxminən 4 milyon kubmetr "mavi yanacaq" və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır.

Hasil ediləcək qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.

 





10.07.2023    çap et  çap et