525.Az

“Qərb Universitetinin yeganə məqsədi yüksək səviyyəli və hazırlıqlı mütəxəssislər yetişdirməkdir”


 

“Qərb Universitetinin yeganə məqsədi yüksək səviyyəli və hazırlıqlı  mütəxəssislər yetişdirməkdir”<b style="color:red"></b>

Yaxşı təhsil parlaq gələcəyin təminatıdır. Hansısa ölkənin vətəndaşları qədər təhsilli, savadlı olarsa, orada inkişaf, rifah səviyyəsi bir o qədər yüksək olur. Bundan başqa təhsilli, savadlı insanlar cəmiyyətin aparıcı qüvvələri kimi həmişə hörmətlə qarşılanır. Ancaq təhsil asanlıqla əldə olunan bir nemət deyil. Bunun üçün davamlı şəkildə oxumalı, zəhmət çəkməlisən. Seyid Əzim Şirvani yazırdı ki, təhsil xəzinədir, əmək onun açarı. Təhsil mərhələli bir prosesdir. İbtidai, orta təhsildən sonra gənclər savadın ali dərəcəsinə universitetlərdə, institutlarda yiyələnirlər. Azərbaycanda da yüksək təhsil verən, savadlı, elmli insanlar yetişdirən xeyli sayda dövlət özəl ali məktəblər var. İnkişaf etmiş, yüksək təhsil səviyyəsi ilə seçilən ali məktəblərdən biri   Qərb Universitetidir. Qərb Universiteti ilk özəl ali təhsil müəssisələrindən biri kimi, 1991-ci ildə Bakıda yaradılıb. Universitetin yaradılmasının əsas məqsədi müstəqil Azərbaycanın iqtisadi, ictimai-siyasi beynəlxalq inkişafına yardım etmək üçün ali təhsilli mütəxəssislərin hazırlanmasıdır. 

Hal-hazırda da sözügedən universitet çoxsaylı professor- müəllim heyəti ilə müasir tələblərə, dünya Avropa təhsil standartlarına uyğun olacaq səviyyədə mütəxəssislərin hazırlığı ilə məşğuldur.

Qərb Universtitetinin rektoru, dosent Zenfira Məmmədova bizimlə müsahibədə son dövrlərdə adıçəkilən ali məktəbin uğurları, əldə etdiyi nailiyyətlər, görülən işlər barəsində söhbət açdı. Rektor bildirdi ki, Qərb Universitetinin fəaliyyət istiqamətinin əsasını yüksək ixtisaslı, bacarıqlı peşəkar mütəxəssislərin hazırlanmasına yönəlmiş ali təhsil üzrə fəaliyyət təşkil edir: “Biz öz fəaliyyətimizdə Konstitusiyamızı, təhsil qanunvericiliyini, Nizamnaməni digər normativ aktları rəhbər tuturuq.  Universitetdə mütəxəssislər elmi-pedaqoji kadr hazırlığı üç səviyyədə- bakalavriat, magistratura doktorantura olaraq həyata keçirilir. Universitetimiz təhsillə yanaşı, bir elm mərkəzi kimi fəaliyyət göstərir. Universitetin nəzdində elmi-tədqiqat mərkəzləri, tədris  prosesi ilə bağlı olan elmi fəaliyyət, layihələr üzrə əməkdaşlıq çərçivəsində elmi tədqiqatların aparılması, tələbələrin elmi cəmiyyətləri çərçivəsində elmi-tədqiqat işləri təşkil olunaraq inkişaf etdirilir. Bu ali məktəbin fəaliyyətinin istiqamətləri arasında idarəçiliyin təşkili həyata keçirilməsi, o cümlədən  xarici əlaqələr üzrə fəaliyyət mühüm yer tutur”.

Z.Məmmədova qeyd etdi ki, Qərb Universitetinin  fəaliyyətinin əsasını müasir innovativ təhsil modellərinə, Avropa təhsil standartlarına milli təhsil ənənələrinə əsaslanan ali təhsil sistemi yaratmaq yolu ilə hərtərəfli biliyə, bacarığa zəruri vərdişlərə sahib olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər hazırlamaq təşkil edir. Rektor hər bir ali təhsil müəssisəsinin özünəməxsus fəlsəfəsi olduğunu vurğuladı: “Qərb Universiteti öz fəlsəfəsini reallaşdırmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir : hər bir şəxsin intellektual, mədəni mənəvi inkişafı, ali təhsilalma tələblərinin ödənilməsi; təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;  elmi araşdırmaların aparılması;  yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların hazırlanması; ixtisasartırma kadrların yenidən hazırlanmasının təmin edilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil, mədəni-maarif, nəşriyyat, müalicə-diaqnostika, maliyyə-iqtisad, təsərrüfat, elmi-istehsalat sahələri üzrə kommersiya fəaliyyəti ilə məşğul olunması; beynəlxalq fəaliyyətin xarici əlaqələrin təmin edilməsi”.

Müsahibimiz diqqətə çatdırdı ki, müraciət etdikləri beynəlxalq layihələrin əksəriyyətinin koordinatorlarından müsbət cavablar alırlar: “Tələblərə müvafiq olaraq həmin layihələr üçün application bir sıra sənədlər tərəfimizdən hazırlanıb koordinatorlara təqdim olunub, Annex imzalanıb göndərilib. Erasmus Mundus layihəsi üzrə tərəfdaş olduğumuz layihələr müsabiqədən uğurla keçib, konsorsiumişə başlayıb artıq I kampaniyanın nəticələri müəyyənləşib. Bu layihələr Yunanıstan, Rumıniya kimi ölkələrlə əməkdaşlığı nəzərdə tutur. Bundan başqa, Erasmus Mundus EFFORT proqramı üzrə bakalvr pilləsində 3 tələbəmiz Böyük Britaniya, Latviya Portuqaliyanın universitetlərində növbəti il üçün təhsillərini davam etdirəcəklər. Magistratura pilləsində bir məzunumuz bu proqram üzrə qrant qazanıb Sheffield Universitetinin Thessaloniki filialında 2 il tam dərəcə magistr təhsili alacaq. Həmçinin bir müəllimimiz 6 ay müddətində doktorluq sonrası tədqiqat aparmaq üçün Yunanıstana səfər edəcək. Bundan əlavə 2014-2015 tədris ilində Portuqaliyanın Viana do Castelo Politexnik İnstitutundan Turizm ixtisası üzrə bakalavr səviyyəsində təhsilini davam etdirmək üçün 1 tələbəvə 1 ay müddətinə təcrübə keçmək üçün 1 müəllim gələcək.

2014-2016- illər ərzində statistikanın tədrisinin interaktiv on-line ərizələrlə gücləndirilməsi layihəsi həyata keçiriləcək. Layihənin məqsədi Azərbaycanda statistika fənninin müasir vasitələrlə müasirləşdirilməsi səviyyəsinin artırılmasıdır. Layihənin kordinatoru ADA Universitetidir. Tərəfdaş təşkilatları Qərb, Bakı Dövlət, Xəzər Bakı Slavyan Universitetləridir. Erasmus Mundus EFFORT proqramı çərçivəsində Qərb Universitetilə koordinator təşkilat olan ATEI Thessaloniki konsorsiuma daxil olan universitetlərlə saziş bağlanıb. Latviyanın Daugavpils Universitetiilə 2014- ilin aprel ayında anlaşma memorandumu imzalanıb. Bundan əlavə Sarbonne Paris-1 University, La Rochelle Business School, Polşanın Lodz Universiteti, Ukraynanın Ternopil Milli İqtisad Universiteti, Qafqaz Universiteti ilə gələcək əməkdaşlıqla bağlı danışıqlar aparılır”.

Ali məktəbin rəhbərinin dediyinə görə, universitet ölkədə xaricdə çoxsaylı tədbirlərin təşkilatçısı iştirakçısıdır: “ Xarici əlaqələr şöbəsinin müdiri Vəsilə Hacıyeva British Council, Amerika Mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası s. qurumların təşkil etdiyi beynəlxalq tədbirlərdə universitetimizi təmsil edib, gələcək digər əlaqələr əməkdaşlıqlar axtarışında olub. Həmçinin universitetimizdə çoxsaylı beynəlxalq tədbirlər təşkil olunur. Keçən ilin oktyabr ayında Qərb Universitetində Dağçılıq Dırmanma üzrə Beynəlxalq Federasiyasının (UIAA) təşəbbüsü, IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası Azərbaycan Hava Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə  Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolumövzusunda Beynəlxalq Konfrans keçirilib. Universitetimizdə 2013- ilin noyabrındaKuba Mədəniyyəti Dünya sivilizasiyası kontekstindəmövzusunda beynəlxalq kulturoloji seminar keçirilib. SeminarSimurqAzərbaycan Mədəniyyəti Assosiasiyası, Azərbaycan Kulturologiya Cəmiyyəti Qərb Universiteti tərəfindən birgə təşkil olunub. Ötən ilin noyabrında 2013- ildə Azərbaycan Diplomatiya Akademiyası Qərb Universiteti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində təqdimat mərasimi keçirdi. Noyabrın 7-, 2013- ildə  BMT-nin Bakı ofisində Qərb universitetinin tələbələri ilə görüş keçirilib. Mütəmadli olaraq xarici ölkələrin Azərbaycandakı səfirləri ilə görüşlər təşkil olunur”.

Z.Məmmədova söylədi ki, universitet dünyanın tanınmış ali məktəbləri ilə birgə beynəlxalq  proqramlarda regional layihələrdə iştirak edir: “ABŞ-ın  Şimali Karolina, Kanzas, Birləşmiş Krallığın Kent, Almaniyanın Siqen, Kanadanın Vinnipeq, Finlandiyanın Vaasa universitetləri, İngiltərənin (London) LİTE, Moskvanın Mirbis institutları, Amerika Beynəlxalq Təhsil Şurası (ACTR/ACCEL) arasında qarşılıqlı əməkdaşlıqla bağlı razılıq müqaviləsi əldə olunub”.

Rektor hərdən cəmiyyətdə hallandırılan-bəzi özəl ali məktəblərə aşağı balla qəbul məsələsinə münasibət bildirərək dedi ki, qəbul zamanı toplanan ballar orta məktəbdəki təhsilin nəticəsi qiymətidir: “Digər tərəfdən TQDK-nın müəyyən etdiyi minimum bal həddi bütün universitetlər üçün nəzərdə tutulur. Daxil olan tələbələrin necə təhsil alması gələcəkdə necə bir mütəxəssis kimi yetişməsi isə artıq universitetdəki təhsil səviyyəsini əks etdirir. Universitetimizdə 200-600 aralıqda bal toplayan, o cümlədən dövlət sifarişi ilə təhsil alan tələbələr var. Fikrimizcə, əsas göstərici məzunların əldə etdiyi naliyyətlərdir. Gəncin universitetə hansı balla girməsi yox, ali məktəbi bitirəndə hansı hazırlıq səviyyəsi ilə bitirməsi nəzərə alınmalıdır. Qərb Universitetinin yeganə məqsədi yüksək səviyyəli hazırlıqlı  mütəxəssislər yetişdirməkdir”.

Həmsöhbətimiz universitetin nəzdində orta məktəbin fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Məktəbin əsas məqsədi zamanın dəyişən tələblərinə cavab verən, istedadlı, hərtərəfli bilikləri inkişaf üzərində formalaşan şagird-şəxsiyyət yetişdirməkdən, qlobal dəyərlərlə müşaiyət olunan dünya elmi təhsilinin inteqrasiya prosesində yaxından iştirak etməkdən, Azərbaycanın müstəqilliyi inkişafı naminə çalışan vətəndaşlar tərbiyələndirməkdən ibarətdir”.

Z.Məmmədova Qərb Universitetinin yüzdən artıq məzununun ölkədə xaricdə-Rusiya, Hollandiya, İtaliyada rəhbər vəzifələrdə, yüksək postlarda çalışdığını bildirib: “Qərb Universitetini bitirən mütəxəssislərin əksəriyyəti Azərbaycanda ölkədən kənarda məsul vəzifələrdə çalışır. Məzunlarımız Prezident Aparatında, Xarici İşlər, Daxili İşlər, Fövqəladə Hallar, Rabitə Yüksək Texnologiyalar, Vergilər, Ekologiya Təbii Sərvətlər, Nəqliyyat nazirliklərində, Konstitusiya Məhkəməsində, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiya üzrə Dövlət Agentliyində, Dövlət Neft Şirkətində, Heydər Əliyev Mərkəzində, Nəqliyyat Departamentində,  Azerenerji Səhmdar Cəmiyyətində , “SOCAR”, “BP”, “Azercellşirkətlərində, səfirlik konsulluqlarda, Bakı şəhər məhkəmələrində, ali orta məktəblərdə, nüfuzlu banklarda, səviyyəli dizayn qurumlarında, hüquq firmalarında, ölkənin aparıcı televiziya radio kanallarında yüksək postlar, məsul vəzifələr tutaraq Azərbaycanın rifahı naminə çalışırlar. Qərb Universitetinin fəaliyyətinin əsas göstəricisi məzunlarımızdır. Məzunlarımızla fəxr edirik xalqımızın, dövlətimizin inkişafı naminə bu ənənənin gələcəkdə davam etməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Sevinc ABDULLAYEVA
 





04.08.2014    çap et  çap et