525.Az

Gürcüstana radioaktiv maddə keçirməyə çalışan Ermənistan vətəndaşları saxlanılıb


 

Gürcüstana radioaktiv maddə keçirməyə çalışan Ermənistan vətəndaşları saxlanılıb<b style="color:red"></b>

Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları ölkəyə radioaktiv maddə olan sezium-137 ilə dolu olan konteynerin keçirilməsinin qarşısını alıblar.

APA-nın verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
 
Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində “Sadaxlı” gömrük-keçid məntəqəsində iki Ermənistan vətəndaşı saxlanılıb.
 
Həmin şəxslərin Gürcüstana keçirməyə cəhd göstərdikləri radioaktiv maddənin həcmi açıqlanmır. Faktla bağlı cinayət işi açılıb.

 





04.08.2014    çap et  çap et