525.Az

TBMM sədri Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib - YENİLƏNİB


 

TBMM sədri Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib<b style="color:red"> - YENİLƏNİB</b>

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.

525.az xəbər verir ki, Numan Kurtulmuşu ziyarət zamanı azərbaycanlı deputatlar və Türkiyənin Azərbaycandakı səfiri müşayiət edib.

***

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

525.az xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 

 





12.07.2023    çap et  çap et