525.Az

Avropada qaz cüzi ucuzlaşıb


 

Avropada qaz cüzi ucuzlaşıb<b style="color:red"></b>

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 330 ABŞ dolları səviyyəsində qərarlaşıb.

525.az “APA-Economics”ə istinadən xəbər verir ki, 12 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 330,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (330,5 dollar) ilə müqayisədə 0,1% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

 





12.07.2023    çap et  çap et