525.Az

Oğuzda zəncirvari yol qəzası olub


 

Oğuzda zəncirvari yol qəzası olub<b style="color:red"></b>

Oğuzda zəncirvari yol qəzası olub, xəsarət alan var.

525.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı – Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Üç minik avtomobilinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında bir nəfər - Şəki rayon sakini Elvin Şaban oğlu Əliyev xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 





12.07.2023    çap et  çap et