525.Az

Baş prokuror Biləsuvarda vətəndaşları qəbul edəcək


 

Baş prokuror Biləsuvarda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Baş prokuror Kamran Əliyev iyulun 18-i saat 10:00-da Biləsuvar Rayon Prokurorluğunun inzibati binasında Biləsuvar, Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək.

525.az-a bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Biləsuvar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

"Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, tviter) vasitəsilə də qəbula yazıla bilərlər", - məlumatda qeyd edilib.

 





12.07.2023    çap et  çap et