525.Az

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10 faiz artıb


 

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10 faiz artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7 148,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çox vəsait yönəldilib.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 21,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 4,2 % artıb.

Hesabat dövründə istifadə olunmuş vəsaitin 4 322,9 milyon manatı və yaxud 60,5 %-i məhsul istehsalı sahələrinə, 2 426,6 milyon manatı və yaxud 33,9 %-i xidmət sahələrinə, 398,8 milyon manatı və yaxud 5,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Yarım il ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 5 208,9 milyon manatını və yaxud 72,9 %-ni daxili vəsaitlər təşkil edib, 5 048,7 milyon manatı və yaxud 70,6 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 %, büdcə vəsaitləri 33,8 %, əhalinin şəxsi vəsaitləri 7,2 %, bank kreditləri 3,4 %, sair vəsaitlər isə 7 % paya malik olub.

 





12.07.2023    çap et  çap et