525.Az

Bakı-Quba yolunun daha bir hissəsində üfüqi nişanlanma xətləri yenidən rənglənir


 

Bakı-Quba yolunun daha bir hissəsində üfüqi nişanlanma xətləri yenidən rənglənir<b style="color:red"></b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu gün gecə saat 23:00-dan səhər saat 05:00-dək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-16-cı km-lik hissəsində (“Şamaxinka”-“VAZ dairəsi”) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirəcək.

525.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, nişanlanma xətlərinin yenidən rənglənməsi bir neçə gün davam etdiriləcək və işlər yalnız gecə saatlarında aparılacaq.

Xatırladaq ki, bundan öncə sözügedən magistral yolun 16-30.5-ci km-lik hissəsində də hər iki istiqamətdə analoji işlər aparılıb.

 





12.07.2023    çap et  çap et