525.Az

“Azadlıq” qəzeti borcunu ödəməyə çalışır


 

“Azadlıq” qəzeti borcunu ödəməyə çalışır<b style="color:red"></b>

“Nəşriyyat onlara olan borcumuzun təxminən üçdə birini istəyir. Bu, 7 min manatdan bir qədər artıq vəsait təşkil edir. Hələ o vəsaitin verilməsi məsələsi həll olunmadığına görə, qəzetin çap olunması ən azı bu gün də mümkün olmayacaq. Çalışacağıq ki, yaxın günlərdə o məbləği ödəyək. Kollektiv heç bir yerə getməyib, ənənəvi qaydada qəzetin saytı üçün işləyir”.

Bunu Modern.az-a açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Sucəddin Şərifov deyib.

Qeyd edək ki, “Azərbaycan” Nəşriyyatı 20 minlik borcunun olmasını əsas gətirərək “Azadlıq” qəzetinin nəşrini dayandırıb.

 





04.08.2014    çap et  çap et