525.Az

İsrailin müdafiə naziri: "Azərbaycana səfərim qısa və uğurlu oldu"


 

İsrailin müdafiə naziri: "Azərbaycana səfərim qısa və uğurlu oldu"<b style="color:red"></b>

İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.

525.az xəbər verir ki, o, bulvarda səhər qaçışına çıxıb.

“Bakıdan sabahınız xeyir”, - nazir tviterdə yazıb.

Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.

Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.

Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

 





14.07.2023    çap et  çap et