525.Az

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 19 faiz azalıb


 

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 19 faiz azalıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,4 % çoxdur.

6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,8 % azalıb, idxal isə 29 % artıb.

Son nəticədə xarici ticarətdə 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 19,4 % azdır.

 





14.07.2023    çap et  çap et