525.Az

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır


 

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır<b style="color:red"></b>

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

525.az xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.

Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq.

Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.

 





14.07.2023    çap et  çap et