525.Az

Xəlil Rzanın həyat yoldaşına prezident təqaüdü ayrıldı


 

Xəlil Rzanın həyat yoldaşına prezident təqaüdü ayrıldı<b style="color:red"></b> Prezident İlham Əliyev Firəngiz Xəlilovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

525.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan ədəbiyyatının təbliğindəki xidmətlərinə görə Firəngiz Böyük Ağa qızı Xəlilovaya (Firəngiz Ulutürkə) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Qeyd edək ki, Firəngiz Xəlilova şair Xəlil Rza Ulutürkün həyat yoldaşıdır.

 





02.11.2012    çap et  çap et