525.Az

UEFA “Qarabağ”ın şəhidlərlə bağlı müraciətinə cavab verdi


 

UEFA “Qarabağ”ın şəhidlərlə bağlı müraciətinə cavab verdi<b style="color:red"></b>

“Qarabağ” klubu son günlər cəbhə bölgəsində şəhid olan əsgərlərimizə görə UEFA-ya müraciət edərək futbolçularn Çempionlar Liqasının III turunun “Zalsburq”la cavab oyununa qara lentlə çıxmalarını və şəhidlərimizin xatirəsini bir dəqiqləlik sükutla yad  edilməsini istəyib.

Bu barədə Qol.Az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinə klubun meneceri Asif Əsgərov məlumat verib.

Bu gün UEFA-dan “Qarabağ”a rəsmi cavab gəlib. Rəsmi cavabda bildirilib ki, UEFA “Qarabağ”ın müraciətini anlayışla qarşılayır. Ancaq UEFA bu məsələnin sırf futbolla bağlı olmadığı üçün “Qarabağ”ın müraciətini qəbul etməyib.

 





05.08.2014    çap et  çap et