525.Az
İsrail qoşunları Qəzzanı tərk ediblər
İsrail qoşunları bu gün Qəzza sektorunu tərk ediblər.
Bu barədə Trend çərşənbə axşamı AFP-yə istinadən məlumat verir.
İsrail ordusunun generalı Moti Almoz agentliyə bildirib: "Orada qoşunlar var idi... lakin onların hamısı Qəzza sektorunu tərk ediblər".
Qeyd edək ki, bu gün səhər saatlarında Qəzzada 3 günlük atəşkəs rejimi formal olaraq qüvvəyə minib.
05.08.2014
çap et