525.Az

Akademik Zemfira Səfərovanın yeni kitabı nəşr edilib


 

"AZƏRBAYCAN MUSİQİŞÜNASLIĞI: MÜHÜM MƏRHƏLƏLƏR" ƏSƏRİ BU SAHƏYƏ DAİR SANBALLI TƏDQİQAT ƏSƏRİDİR

Akademik Zemfira Səfərovanın yeni kitabı nəşr edilib<b style="color:red"></b>

Bu günlərdə "Elm" nəşriyyatında görkəmli musiqişünas-alim, "Şöhrət" ordenli akademik, Əməkdar incəsənət xadimi, professor Zemfira xanım Səfərovanın "Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər" adlı kitabı yüksək poliqrafik tərtibatda çapdan çıxıb. 8 bölmədən ibarət kitabda Azərbaycan musiqişünaslığının mühüm mərhələləri, problemləri araşdırılıb, bu sahənin üfüqləri aydın şəkildə göstərilib. Kitabda müəllif, elmi mütəxəssislərlə bərabər, maraqlanan oxucuları da musiqişünaslığımızın tarixi ilə tanış edir.

Tədqiqatın müqəddiməsi akademik İsa Həbibbəylinindir, redaktorları  sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor A.Tağızadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ü.Talıbzadə, rəyçilər AMEA-nın müxbir üzvü, professor Ə.Salamzadə və professor T.Məmmədovdur.

Kitabda müəllifin son illərdə rus və ingilis dillərdə çıxan məqalələri xarici oxucular üçün təqdim edilib.

 





18.07.2023    çap et  çap et