525.Az

Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilir


 

Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilir<b style="color:red"></b>

Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilir.

525.az  xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

"Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasına həmsdərlik etdik. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin şaxələndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirləri dəyərləndirdik", - M. Cabbarov qeyd edib.

 





18.07.2023    çap et  çap et