525.Az

Azərbaycan neftinin qiyməti yenidən 83 dolları ötüb


 

Azərbaycan neftinin qiyməti yenidən 83 dolları ötüb<b style="color:red"></b>

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.7% və ya 0.57 dollar artaraq 83.53 ABŞ dolları ticarət edilib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

 





19.07.2023    çap et  çap et