525.Az

Bakı-Qazax magistralında qəza: yaralılar var


 

Bakı-Qazax magistralında qəza: yaralılar var<b style="color:red"></b> Goranboy rayonu ərazisində ağır yol qəzası baş verib.
 
APA-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində Bakı - Qazax avtomagistralının 347-ci kilometrliyində, yolun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Bakı şəhəri sakini, 1987-ci il təvəllüdlü Aqil Abbasovun  idarə etdiyi “Ford Tranzit” markalı kiçik həcmli yük maşını onun qarşısına  kəsişmə yoldan qəflətən  çıxan KamAZ” markalı betonqarışdıran ilə toqquşub.

Nəticədə “Ford Tranzit”in sürücüsü və sərnişini - Bakı sakini, 1973-cü il təvəllüdlü İlqar Həsənov ağır yaralanaraq, Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların birinin vəziyyətinin ağır, digərinkinin isə orta-ağır olduğu bildirilir.
 
Qəzanın səbəbkarı olduğu ehtimal edilən “KamAZ”-ın sürücüsü heç bir xəsarət almayıb və o, hadisə yerindən uzaqlaşıb.
 





05.08.2014    çap et  çap et