525.Az

"Boşaldılan" Əlibəyli kəndindən reportaj


 

"Boşaldılan" Əlibəyli kəndindən reportaj<b style="color:red"></b>

Bu toy mərasimi Ermənistanla sərhəddə Tovuzun Əlibəyli kəndində keçirilir.

Musiqi səsləri Ermənistan tərəfindən atılan güllələrin səsini batırır. Bu gün Əlibəyli sakinlərinin şadyanalığının heç kim poza bilməz.
 
Ermənistanla cəmi 350 metrlik məsafədə yerləşən Əlibəyli kəndindən düşmən tərəfi asanlıqla izləmək mümkündür. Kəndinin əhalisi Ermənistanən təcavüzünə qarşı böyük qəhrəmanlıqlar göstərib. Müharibə şəraitində yaşamalarına baxmayaraq heç kim kəndi tərk etməyib. Kənddə hansı evə baxsan, divarında, dam örtüyündə güllə yerləri görmək olar. Düşmən mütəmadi olaraq kəndi atəşə tutur. Sakinlər deyir ki, kəndin artezianı sərhəddə yaxın olduğu üçün burdan su götürmək mümkün deyil. Bu səbəbdən ağaclar quruyur, əkin sahələri isə yanır.
 
“Əziyyətlə tikdiyimiz evi vurub dağıdırlar. Hələ o dəfə atdı, güllə pəncərədən girib, içəridəki telefonu para-para etmişdi”.
 
“Damdan girib, borunu deşib, burdan da gəlib, divara dəyib”.
 
“25 ildir müharibə gedir. Hələ bir dəfə Əlibəyli sakini gedib bir yerdə bir otaq tikib onun içinə girməyib, hamısı kənddədir. Burada, o qaratikan kolunun dibində neçə oğullar ölüb. Qanla boy atıb o qaratikan kolu”.
 
Bu kəndin uşaqları müharibənin, qan-qadanın nə olduğunu hekayələrdən, filmlərdən yox, həyatdan izləməli olublar. Güllə altında məktəbə gedib-gəlirlər. Elə özləri də deyir ki, ermənilər atəş açan zaman kolların arxasında gizlənir, ara sakitləşəndən sonra yollarına davam edirlər. 23 ildən çoxdur ki, bu kəndin səhəri güllə səsləri ilə açılır.
 
“Çox pis idi. 3-4 gün ərzində atışmalar getdi. Kənddəyik, hamı öz işində-gücündə. Ermənilər iri silahlara hücuma keçmişdilər. Qumbaraatandan, zirehli texnikadan atırdılar. Amma camaat yenə də öz işindədir”.
 
“Bizim qan tökən qəhrəmanlarımız var. Biz onların qanını satıb heç yerə getmərik. İstəyir qanı, canı bahasına olsun. Biz kəndimizi bir metr də düşmənə vermərik. Yeri gəlsə qadınlarımız da kişilərimizin dayağıdır”.
 
“Camaat hamısı öz qaydasında, elində-obasındadır. Kənddə toydur. Kimsə şayiələr buraxıb”.
 
“Dayanmırlar. İndi də gözləyirik ki, axşam olsun, yenə atacaqlar. Gecə güllə səsi ilə yatıb, səhər güllə səsinə oyanırıq”.



APA
 





05.08.2014    çap et  çap et