525.Az

Azərbaycan neftinin qiyməti yenidən 84 dolları ötüb


 

Azərbaycan neftinin qiyməti yenidən 84 dolları ötüb<b style="color:red"></b>

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.90% və ya 0.77 dollar artaraq 84.30 ABŞ dolları ticarət edilib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

 





20.07.2023    çap et  çap et