525.Az

Özbəkistan nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını ziyarət edib


 

Özbəkistan nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını ziyarət edib<b style="color:red"></b>

İyulun 19-da Özbəkistanın baş naziri Abdulla Aripovun başçılığı ilə nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.

525.az xəbər verir ki, ərazidə keçirilmiş görüş çərçivəsində ƏAİZ-in Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görüş iştirakçılarına Zonanın strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verib.

Sonda nümayəndə heyətinin üzvləri ərazidə investorlar üçün yaradılmış əlverişli mühitlə tanış olub.

 





20.07.2023    çap et  çap et