525.Az

İlham Əliyev baş prokurora yeni müavin təyin etdi


 

İlham Əliyev baş prokurora yeni müavin təyin etdi<b style="color:red"></b>

Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda bildirilir:
 
Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilsin.

 





05.08.2014    çap et  çap et