525.Az

Rusiya Odessaya hücum etdi


 

Rusiya Odessaya hücum etdi<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa şəhərində Rusiyaya qarşı “terror aktlarının hazırlandığı” obyektlərə yüksək dəqiqlikli raketlərlə cavab hücumu həyata keçirdiyini açıqlayıb.

525.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa və Nikolayev şəhərlərindəki hədəflərə hücum etdiyi bildirilib.

Bəyanatda: “Rusiya ordusu dənizdən atılan yüksək dəqiqlikli raketlərlə Odessa şəhəri yaxınlığında, Rusiya Federasiyasına qarşı terror aktlarının hazırlandığı obyektlərə və onların istehsal olunduğu gəmiqayırma zavoduna cavab hücumu həyata keçirib”, – deyilir.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasını yanacaqla təmin edən Nikolayev və Odessa şəhərlərində təxminən 70 min ton həcmində yanacaq anbarları məhv edilib.

“Bütün planlaşdırılan hədəflər vurulub. Dağıdılan hədəflərdə yanğınlar və partlayışlar baş verib”, - açıqlamada qeyd olunub.

Fərid Sançar

 





20.07.2023    çap et  çap et