525.Az

Azərbaycanın sənaye zonalarındakı rezidentlərin 52 faizi istehsala başlayıb


 

Azərbaycanın sənaye zonalarındakı rezidentlərin 52 faizi istehsala başlayıb<b style="color:red"></b>

İndiyə qədər Azərbaycandakı sənaye zonalarında ümumi investisiya dəyəri 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i və yaxud 51,9 %-i istehsal fəaliyyətinə başlayıb.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Onun sözlərinə görə, artıq sənaye zonalarına 6,56 milyard manat investisiya artıq yatırılıb və 10 600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 0,616 milyard manat investisiyanın yatırılması və 4 800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 





21.07.2023    çap et  çap et