525.Az

“Reynaldonun yoxluğu üstünlüyümüzdür”


 

“Reynaldonun yoxluğu üstünlüyümüzdür”<b style="color:red"></b>

“Zalsburq”un futbolçusu  Kristian Şveqler Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la keçiriləcək cavab matçı haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, oyun öncəsi təşkil olunana mətbuat konfransında çıxış edən təcrübəli müdafiəçi “Qarabağ” haqda xoş sözlər söyləyib:

“Qarabağ” yaxşı komandadır. Güclü hücum xərləri var. Reynaldonun oynamaması onlar üçün itki, bizim üçün isə üstünlükdür. İndi doğma meydan amilindən yararlanmalıyıq. Bakıdakı görüşün ikinci hissəsindəki kimi oynamalıyıq”.

Xatırladaq ki, “Zalsburq”  - “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

 





06.08.2014    çap et  çap et