525.Az

Putin Qərbə cavab hazırlamağı tapşırıb


 

Putin Qərbə cavab hazırlamağı tapşırıb<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin  hökumətə Qərb sanksiyalarına cavab olaraq tədbirlər hazırlamağı tapşırıb.
 
Lent.az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bunu Putin ötən gün Voronej vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksey Qordeyev ilə görüşü zamanı bildirib. “Mən artıq bu gün belə bir tapşırıq vermişəm”, deyə o bildirib.  
 
“Əlbəttə, yerli istehsalçıları dəstəkləmək və istehlakçılara zərər vurmamaq üçün bunu çox diqqətlə etmək lazımdır”, deyə Putin vurğulayır. 
 
 Prezident tapşırığının tez bir zamanda icra ediləcəyini bildirib.
 





06.08.2014    çap et  çap et