525.Az

“Milli Mətbuat Günü” ilə əlaqədar dəyirmi masa təşkil olunub


 

“Milli Mətbuat Günü” ilə əlaqədar dəyirmi masa təşkil olunub<b style="color:red"></b>

21 iyul 2023-cü il tarixində Rəsul Rzanın Ev-Muzeyində “Milli Mətbuat Günü” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan mətbuatı” başlıqlı dəyirmi masa təşkil olunub.

525.az xəbər verir ki, dəyirmi masada “Göyçay” qəzetinin, Tarix və Diyarşünaslıq Muzeyinin əməkdaşları, mətbuat işçiləri, yazarlar və rəssamlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Göyçay” qəzetinin redaktoru Adil Məmməd Milli Mətbuatın yaranma tarixindən danışaraq qeyd edib ki, cəmi 56 sayı işıq üzü görsə də “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təşəkkül tapmasında böyük əhəmiyyət daşıyıb. Qəzet az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məhşurlaşıb.

Daha sonra çıxış edənlər jurnalist Məzahir Əhmədoğlu, AJB-nin və AYB-nin üzvü, tarixçi, prezident təqaüdçüsü Aqil Kəngərli müasir Azərbaycan mətbuatının bugünündən və mətbuat işçilərinə dövlət tərəfindən göstərilən qayğıdan bəhs ediblər.

 





22.07.2023    çap et  çap et