525.Az

"Əsl inkişaf Şuşa şəhərindən başlayacaq" - Qlobal Media Forumunun iştirakçısı


 

"Əsl inkişaf Şuşa şəhərindən başlayacaq" <b style="color:red"> - Qlobal Media Forumunun iştirakçısı</b>

"Şuşada olduğum üçün çox xoşbəxtəm. Bu mötəbər tədbirin Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi əlamətdar hadisədir".

525.az xəbər verir ki, bu fikirləri "Report"un əməkdaşına açıqlamasında Türkiyənin NTV kanalının xarici əlaqələr və xəbərlər departamentinin rəhbəri Ahmet Yeşiltepe deyib.

"Şuşaya gələndə yolda iki fərqli mənzərəy ilə qarşılaşdım. Bir tərəfdən ermənilər tərəfində törədilən təxribatlar, digər tərəfdən isə Azərbaycanın yenidən inkişaf etdirdiyi, intibah dövrünü yaşayan Şuşa şəhəri var", - deyə o bildirib.

A.Yeşiltepe qeyd edib ki, ötən gün Prezident İlham Əliyev forum iştirakçıları ilə görüşü zamanı dünyaya bir sıra mesajlar verdi: "Bu torpaqların Azərbaycanın olduğunu, bu səbəbdən sahib çıxıldığını, yenidən inşa etdiriliyini və burada yeni mədəniyyətin inkişafını xəbər verdi. Düşünürəm ki, əsl inkişaf Şuşa şəhərindən başlayacaq".

 





22.07.2023    çap et  çap et