525.Az

Bakıda idmançılar arasında qanlı dava: 3 yaralı


 

Bakıda idmançılar arasında qanlı dava: <b style="color:red">3 yaralı</b> Bakıda 3 nəfər bıçaqlanıb.
 
Lent.az-ın məlumatına görə, avqustun 5-də axşam saatlarında Xətai rayon, Nəsrəddin Tusi küçəsi 19 saylı binanın qarşısında 3 nəfər bıçaqlanıb. Belə ki, 1977-ci il təvəllüdlü Cəfərov Azər Akif oğlu, onun qardaşı, 1986-cı il təvəllüdlü Cəfərov Aslan Akif oğlu və 1979-cu il təvəllüdlü Telman Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
İlkin araşdırmalarla hər 3 şəxsin 1988-ci il təvəllüdlü Qorçuyev Cavidan Bayram oğlu tərəfindən bıçaqlanması müəyyən edilib. Yaralılardan Aslan Cəfərovun vəziyyəti daha ağırdır.
 
Bildirilir ki, dava edən şəxslər idmançılardır. 3 nəfəri bıçaqlayan C.Qorçuyev peşəkar kikboksçudur. O, Azərbaycan yığmasının heyətində dünya çempionatında medal qazanmış idmançılardandır.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisənin konkret səbəbləri hələlik açıqlanmır.
 





06.08.2014    çap et  çap et