Qara dənizdə gərginliyi artırmaq üçün Rusiya daha bir addım atıb. Beynəlxalq xəbər agentliklərində yer alan məlumatlara görə, Rusiya donanması Qara dənizdə real döyüş sursatı ilə təlim keçirib.
525.az xəbər verir ki, bir müddətdir Ukrayna ordusunun hücumuna qarşı müdafiə mövqeyi tutan Rusiyadan gələn xəbərlər əsas gündəm olmaqda davam edir. Moskva bütün dünyaya bəyan edib ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasına imkan verən taxıl müqaviləsini uzatmayacaq.
Bu qərardan sonra Rusiya Ukraynanın Qara dənizdəki limanlarına gedən bütün gəmilərin potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcəyini açıqlayıb.
Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında isə bildirilib ki, “Qara dəniz hövzəsindəki Rusiyanın müvəqqəti işğalı altında olan Ukrayna limanları və Rusiya limanlarına doğru üzən bütün gəmilər hərbi yük daşıyan gəmilər hesab olunacaq”.
Qara dənizdəki bu hesablaşmadan bir neçə saat sonra Rusiyadan tərəfdən bir addım atılıb və gərginlik pik həddə çatıb. Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, Rusiya donanması Qara dənizdə təlim keçirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qara dəniz donanmasına aid raket gəmisinin Qara dənizin şimal-qərb hissəsində "hədəf gəmidə gəmi əleyhinə qanadlı raketlər" atdığını açıqlayıb.
Fərid Sançar
çap et