525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

İlham Əliyev Dünya lideri kimi çıxış etdi

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı məzmununa, əhatə etdiyi problemlərə və ötürdüyü mesajlara görə də, nitqinin rəvanlığı və təsiri baxımından da möhtəşəm idi. Cənab Prezidentin BMT Təhlükəsizlik Şurasının hazırkı formasını keçmişin qalığı adlandırması, qurumun bəşəriyyətin gözləntilərinə cavab vermədiyini, təşkilatda ciddi islahatların qaçılmazlığını xüsusi vurğulaması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi barədə təklifləri, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın soyqırım cinayətlərində iştirakını, rəsmi Parisin irqçi və neokolonializm siyasətini, başqa dövlətlərin işlərinə kobud müdaxilə cəhdlərini kəskin pisləməsi, Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübənin tətbiqinə çalışdığını, bu dövlətin öz müstəmləkə keçmişinə, qanlı soyqırımı cinayətlərinə görə Qoşulmama Hərəkatına üzv olan Afrika və Cənub Şərqi Asiya ölkələrindən üzr istəməli olduğunu bəyan etməsi Azərbaycan liderinin üstün siyasi-diplomatik bacarığının, Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq siyasətə yüksək təsir gücünün növbəti aydın təzahürü idi. Torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın haqlı mövqeyinin müdafiəsində göstərdiyi dəstəyə görə Qoşulmama Hərəkatı ölkələrinə təşəkkürünü bildirməklə Azərbaycan Prezidenti ali səviyyədə, beynəlxalq miqyasda daha bir nəciblik, qədirbilənlik faktı nümayiş etdirdi.

Cənab Prezidentin bu çıxışını hər bir Azərbaycan vətəndaşının dinləməsi və bu nitqdən öyrənməsi, zəruri nəticələr çıxarması olduqca vacibdir. İndi dünya siyasətinə düzgün yön verən belə bir tutarlı siyasi-diplomatik mövqeni, bu cür geniş beynəlxalq təsir gücünü və yüksək nüfuzu məhz Azərbaycan Prezidentinin sərgiləməsi hər birimiz üçün qürur, iftixar qaynağıdır.

lll

Peşəkarlıq rəğbət doğurur...

lll

Medianın İnkişafı Agentliyinin onlayn və çap mediaya dəstək məqsədilə reallaşdırdığı müsabiqənin qaliblərini təbrik edirəm. Media subyektlərinin fəaliyyətinin stimullaşdırılmasının faydalı nəticələr doğuracağına inanıram. Bu günün faydalı nəticələri isə gələcək inkişaf üçün bazadır. Əminəm ki, həmkarlarım işlərinə məhz bu məqamı düşünərək yanaşacaqlar.

lll

Şəkil paylaşmaq təskinlikdir...

lll

Siz niyə ancaq qorxulu və bəd xəbərlər yayırsız ki?

lll

"Danışan əllər" layihəsinin müəllifləri - gənc rəssamlar Namiq Hüseynov və Kənan Əliyevin emalatxanasında oldum.

Namiq və həmkarı Elşad Əhmədovla bu maraqlı layihənin ideyası, yaranma tarixçəsi barədə söhbət etdik. Bu istedadlı cavanların yaradıcılıq şövqü, sənət eşqi məni valeh etdi. Onların gələcəkdə böyük uğurlar qazanacağına əminliyimi yaddaş kitabında da qeyd etdim.

Bir daha uğurlar!..

lll

Savab əməl unudulmur!..

lll

İrad tutmaqdan, qulp qoymaqdan asan nə var ki?!

lll

Xoruz gözətçiləri...

lll

Əbədi narazılar...

lll

Tanımadığımız yaxşı adamlar...

lll

Bayram tətili günlərində, adətən, həm gündəlik işlərdən macal olur, həm də beyində, az da olsa, bir rahatlıq yaranır. Bu da çoxdan planlaşdırılan kitabları oxumağa, diqqət çəkən verilişlərə baxmağa imkan verir.

Bu dəfə də belə oldu. Haqqında öncədən yayılan anonslardan yutubdakı "Rəybərəy" kanalının uğurlu layihə olacağını təxmin etmişdim. Bir qədər əvvəl Qismətin həmin kanalda Ceyms Coysla bağlı söhbətini dinlədim və doğrusu, həm təxminimdə yanılmadığım üçün məmnun oldum, həm də kanalda sərgilənən yüksək zövqə, peşəkarlığa görə çox sevindim.

"Rəybərəy" kanalını, orada yayımlanan dəyərli verilişləri son zamanlar bu sahədə baş alıb gedən zövqsüzlüyə qarşı çarələrdən biri kimi görürəm. Belə maraqlı, sanballı və gərəkli layihələr düşük şou meyllərinin, get-gedə kütləviləşən səviyyəsizliyin yaratdığı dərin məyusluqdan çıxış yoludur.

Məncə, ədəbiyyata, sənətə "Rəybərəy"də olduğu kimi ciddi, peşəkar münasibət indi hər zamankından daha vacibdir. Hesab edirəm ki, belə münasibət bu sahəyə ötəri əyləncə, asanlıqla məşhurlaşmaq meydanı kimi baxanları, xüsusən də qrafomanları, istedadsız və savadsız həvəskarları qorxudub çəkindirəcək gücdədir.

"Rəybərəy"də, konkret olaraq, Qismətin timsalında üstün səviyyənin, bilgi zənginliyinin bütün bəsitliklərə, yüngüllüklərə meydan oxuduğuna böyük məmnunluqla şahid oldum və bundan qürur duydum. Qismət bu proqramda özünəməxsus təmkin və rahatlıqla danışır, mövzuya dair bilgi və düşüncələrini səxavətlə, həvəslə paylaşır. Dünya ədəbiyyatının nəhəng simalarından olan Ceyms Coysun yaradıcılığının, xüsusən "Uliss" əsərinin təqdimatını və şərhini Azərbaycan oxucusuna, ədəbiyyatsevərlərə professionallıqla çatdırır.

Düşünürəm ki, "Rəybərəy"çilərin ortaya qoyduqları yüksək səviyyəli iş bizə başucalığı gətirir və buna görə də çox sağ olsunlar!

"Rəybərəy"in yaradıcı heyətini və şəxsən Qisməti ürəkdən təbrik edir, onlara dərin təşəkkürümü bildirirəm. Yeni uğurlar!..

lll

Köhnələn xatirələr...

lll

Zəng etmək gerilik əlamətidir?

lll

Xırda vintciklər...

lll

İşıqfor qoymaqla şəhər olmaz...

lll

Yatırsansa, gəncsən...

lll

İnsanları sevindirmək, mərhəmət, empati gözəl keyfiyyətlərdir.

lll

Neqativi adətən uğursuz, kompleksli adamlar yayırlar...

lll

Sosial şəbəkələr arta-arta gedəcək, axırda hərənin öz şəbəkəsi olacaq...

lll

Lağlağı köhnə şakərimizdir.

Hərdən Əbdürəhim bəy Haqverdiyevi oxuyun, feysbukla "Uca dağ başındakı" şəhər arasında oxşarlıq tapacaqsınız: "Camaat tərəfindən ikinci dəli edilən bir nəfər Avanes adlı tacir erməni idi. Hər sabah, əlində açarları, qoltuğunda dəftərləri, gəlib dükanını açardı; ticarətini edib axşam yenə evinə qayıdardı. Bir dəfə yenə dükanına getdikdə qonşu dükançı səslənib deyir:

- Sabahın xeyir, Avanes!

Bu səsə qonşulardan da bir neçə adam:

- Sabahın xeyir, Avanes! - deyib səs verirlər.

Avanes: "Aqibətiniz xeyir" - deyib cavab verməklə dükanına keçir. Doğrudur, bu, bir artıq söz deyil. "Sabahın xeyir" deyərlər, cavabında "Aqibətin xeyir" alarlar. Amma bir gündə altmış adam gəlib bir "Sabahın xeyir, Avanes!" - deyə, onda adam dəli ola bilər. Avanes də beləliklə, az qaldı dəli olsun. Çünki bazara çıxanda məşribdən, məqriqdən, göydən, yerdən, hər yandan "Sabahın xeyir, Avanes!" sədası gəlirdi. Axırda dükanı bağlayıb şəhərdən baş götürüb qaçmağa məcbur oldu".

lll

Hər qafiyə tapan özü haqda yüksək fikrə düşür...

lll

Dəqiq müşahidə qabiliyyəti, obyektivlik, ədalət, səmimiyyət hər kəsdə olmur. Xora qoşulmamaq, kütlənin küyünə getməmək üçün möhkəmlənmiş dünyagörüşü, təcrübə, həm də cəsarət lazımdır. Azər Ayxan Anar müəllimin "Laçın" mahnısını oxumasına fərqli və soyuqqanlı baxışı, müdrik mövqeyi ilə görə həm də özünə hörmət və etibar qazandırır! Təşəkkürlər!

lll

Siyasət həm də baş verən hadisələrin səbəbini hiss etmək sənətidir...

lll

Bilən də, bilməyən də ağlına gələni yazır...

lll

Lağlağı şakərə çevrilib feysbukda...

lll

Zəvzəklərin yeri tez dolur...

lll

İsrafçılıq axır-əvvəl cəzalandırılır...

lll

Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Natəvanın evi qarşısında "Dövri-səda" adlı konsert proqramını çox maraqla izlədik. Əməkdar artist Vüqar Camalzadənin bəstələdiyi musiqilər ecazkar idi. Vüqar Camalzadəyə, Qədim Musiqi Alətləri Ansamblının üzvlərinə, bütün əməyi olan sənətkarlara təşəkkür edir, minnətdarlığımızı bildiririk.

lll

Mədəniyyət naziri Adil Kərimli ilə media rəhbərlərinin görüşü keçirildi. Milli Mətbuat Günü münasibətilə görüş iştirakçılarını təbrik edən nazir bu sahədə görüləcək işlər, Mədəniyyət konsepsiyası, milli mədəni irsimizin qorunması və təbliği, qarşıdakı Azərbaycan dili və Ədəbiyyatı Forumu, həmçinin media ilə əlaqəli məsələlər barədə ətraflı danışdı. Nazir Mədəniyyət Nazirliyinin bir sıra istiqamətlərdə gördüyü işlərə medianın fəal dəstək verməsi ilə bağlı arzusunu dilə gətirdi.

Adil Kərimlinin media rəhbərləri ilə belə bir auditoriyada ilk görüşündəki çıxışı rəğbətlə qarşılandı. Onun dərin bilgisi, problemlərə bələdliyi, eyni zamanda onların həlli yolları barədə söylədiyi fikirlər ciddi maraq doğurdu.

Media rəhbərləri də bu sahəyə aid məsələlər haqqında düşüncələrini, təkliflərini səsləndirdilər.

Elə bilirəm ki, bu görüş Media həftəsinin uğurlu başlanğıcı oldu.

 





24.07.2023    çap et  çap et