525.Az

"Ermənistan artıq Rusiyaya qarşı sanksiyaların nəticələrini öz üzərində hiss edir"


 

"Ermənistan artıq Rusiyaya qarşı sanksiyaların nəticələrini öz üzərində hiss edir"<b style="color:red"></b> Ermənistan hələ Avrasiya İqtisadi İttifaqına daxil olmasa da, artıq Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəticələrini öz üzərində hiss edir.

Trend-in məlumatına görə, bu barədə "news.am" saytı "Jovoxurd" qəzetinə istinadən yazır.

Qəzet yazır: "Lap bu yaxınlarda Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan Rusiyaya qarşı tətbiq edilən
sanksiyalar və bu kontekstdə Ermənistanın Aİİ-yə daxil olması perspektivləri haqqında danışarkən bəyan edib:

"Ermənistanın Aİİ-yə daxil olması ölkəmizin strateji maraqlarından və onun iqtisadi inkişafından irəli gəlir. Bizim bu struktura daxil olmağımızın vacibliyi şübhə altına qoyula bilməz". Bu gün, Avrasiya İttifaqına daxil olmamış Ermənistan artıq bilavasitə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticələrini hiss edir".

Rusiya iqtisadiyyatında tənəzzülün ilk simptomlarından biri bu ölkədən Ermənistana transferlərin azalmasıdır.

Qəzet yazır: "Bizdə olan məlumata görə, əgər 2013-cü ilin ikinci rübündə Rusiyadan Ermənistana fiziki şəxslər tərəfindən 369,5 milyon dollar vəsait köçürülübsə, cari ilin eyni dövründə həmin göstərici 364,1 milyon dollar təşkil edir. Həm də təkcə 2013-cü iyununda Ermənistana 141 milyon dollardan artıq vəsait köçürülüb, bu ilin iyununda həmin rəqəm 134 milyon dollar olub".
 





06.08.2014    çap et  çap et