525.Az

Yığmamız Avstriya klubuna qalib gəldi


 

Yığmamız Avstriya klubuna qalib gəldi<b style="color:red"></b>

Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Rapid" (Vyana) klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində qolu Mirkamil Həşimli vurub.

Xatırladaq ki, toplanış çərçivəsində ilk yoldaşlıq oyununu xorvatiyalı həmyaşıdları ilə keçirən futbolçularımız 1:0 hesabı ilə qələbə qazanmışdı.

 





06.08.2014    çap et  çap et