Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 113 713 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 6,16% çoxdur.
525.az bu barədə "BOTAŞ" şirkətinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisilə 107 117 89 452 min barel neft nəql edilib.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.
çap et