525.Az

Azərbaycan və Qırğızıstan Orta Dəhlizlə bağlı razılıqlar əldə edib


 

Azərbaycan və Qırğızıstan Orta Dəhlizlə bağlı razılıqlar əldə edib<b style="color:red"></b>

Azərbaycan və Qırğızıstan Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əlaqələndirilmiş şəkildə rəqəmsallaşdırılması işinin aparılmasına, həmçinin bu nəqliyyat istiqamətinə əlavə yüklərin cəlb olunması məqsədilə cəlbediciliyinin artırılmasına dair razılıq əldə edib.

525.az xəbər verir ki, razılıq iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Çolpon-Ata şəhərində keçirilmiş 5-ci iclasında əldə olunub.

Tərəflər dəhlizin aktuallığını qeyd ediblər.

 





26.07.2023    çap et  çap et