525.Az

Birinci nəsil iPhone auksionda 190 min dollara satıldı


 

Birinci nəsil iPhone auksionda 190 min dollara satıldı<b style="color:red"></b>

2007-ci il istehsalı olan “Apple iPhone” auksionda ilkin satış qiymətindən 300 dəfə baha, 190 372 dollara satılıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, auksionda ilkin olaraq 599 dollara alınmış 4GB modelin hələ də zavod qablaşdırmasında və əla vəziyyətdə olduğu bildirilib. Auctioneer LCG Auctions cihazı "məşhur, yüksək keyfiyyətli kolleksiya" və "son dərəcə nadir" kimi təsvir edib. 

Auksiona 10.000 ABŞ dolları dəyərində ilkin təklifdən sonra ümumilikdə 28 təklif daxil olub. LCG Auctions fevral ayında daha bir birinci nəsil iPhone-u 63,356 dollara , Wright Auctions isə mart ayında birinci nəsil iPhone-u 40 320 dollara satıb. 

Malik Atilay

 





26.07.2023    çap et  çap et