525.Az

AMB ÜDM-in artımına dair proqnozlarını açıqladı


 

AMB ÜDM-in artımına dair proqnozlarını açıqladı<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-2024-cü illərdə ölkədə ümumi daxili məhsulun (ÜDM) 4-5 % artacağını, qeyri-neft sektorunda artımın 5-6 % olacağını proqnozlaşdırır.

525.az xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, eləcə də daim artan digər makroiqtisadi göstəricilər bizə belə proqnozlar verməyə imkan verir", - deyə o qeyd edib.

Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 2,8 %, gələn il isə 2,6 % böyüyəcəyini proqnozlaşdırır.

 





26.07.2023    çap et  çap et