Yazıçı-publisist, tərcüməçi, naşir Vasif Quliyevin iki yeni kitabı çapdan çıxıb. "Bu qala - daşlı qala" oçerklər toplusunda Vasif Quliyevin ədiblər, sənət adamları, alimlər, tarixi şəxsiyyətlər haqqında elmi-kütləvi, publisistik yazıları, müsahibələr və başqa yazılar cəmlənib. Kitaba jurnalist Mehman Cavadoğlu redaktorluq edərək ön söz yazıb.
"Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən" kitabında isə Vasif Quliyevin tərcümələri yer alır: "Ermənilərin Azərbaycana köçürülməsi" (Sergey Qlinka), "Erməni alimləri və fəryad edən daşlar" (İlya Çavçavadze), "Ermənilər" (Vasil Veliçkonun "Qafqaz" əsərindən bir parça), "Rusiyanın Ərzurumdakı baş konsulu Mayevskinin qeydləri", "Qafqazda erməni-tatar qırğını erməni məsələsinin mərhələlərindən biri kimi" (Vladimir Mayevski).
Hər iki kitab "Şuşa" nəşriyyatında işıq üzü görüb.
çap et