525.Az

İlham Əliyev cəbhədə müşavirə keçirib


 

İlham Əliyev cəbhədə müşavirə keçirib<b style="color:red"></b>

Bu gün prezident İlham Əliyev Ağdam rayonuna səfər edib.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəlib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verib. Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.

Daha sonra prezident İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.

 





06.08.2014    çap et  çap et