525.Az

Türkiyə ilə “Taxıl sazişi”nə dair danışıqlar davam edir - Rusiya XİN


 

Türkiyə ilə “Taxıl sazişi”nə dair danışıqlar davam edir - <b style="color:red">Rusiya XİN</b>

"Türkiyə ilə “Taxıl sazişi”nə dair danışıqlar davam edir".

525.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin məlumat verib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə nümayəndələri "Taxıl sazişi" üzrə dialoqu davam etdirirlər.

S.Verşin həmçinin təhlükəsizlik zəmanəti olmadan Qara dənizdə mülki daşımaların aparılması ehtimalı az oldunu bildirib.

Nazir müavini Moskvanın iştirakı olmadan sazişin bərpası imkanını istisna edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nə yenidən başlamağa çağırıb. Onun müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Qoşqar Bəylərov

 





27.07.2023    çap et  çap et