525.Az

Azərbaycanla Türkiyə arasında nəqliyyat və turizm əməkdaşlığını müzakirə edilib


 

Azərbaycanla Türkiyə arasında nəqliyyat və turizm əməkdaşlığını müzakirə edilib<b style="color:red"></b>

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Ömer Bolatla nəqliyyat, turizm, müasir standartlaşdırma və texniki tənzimləmə sistemi sahələrində əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.

525.az xəbər verir ki, bunu azərbaycanlı nazir tviter hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Türkiyəyə işgüzar səfər çərçivəsində baş tutub, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə xidmət edən birgə təşəbbüslər, Preferensial Ticarət Sazişinin icrasının ticarət əlaqələrin gücləndirilməsinə verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.

 





27.07.2023    çap et  çap et