İngiltərənin dünyaca məşhur FİFA referisi Hovard Uebb karyerasını başa vurub.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 43 yaşlı hakim bundan sonra heç bir rəsmi oyunda ədaləti təmsil etməyəcək.
Bununla da, Uebb "DÇ-2014"dən sonra karyerasını bitirəcəyi ilə bağlı verdiyi vədə əməl edib.
Qeyd edək ki, karyerası ərzində 534 oyun idarə edən ingilis referi 68 dəfə qırmızı vərəqəyə əl atıb.
çap et