525.Az

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı


 

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı<b style="color:red"></b>

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, türnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gəlib.  Doğma meydanda rəqibinə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu səfərə böyük ümidlərlə yollansa da, görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb.

Çempionlar Liqasında mübarizəni dayandıran komandamız Avropa Liqasının play-off mərhələsində çıxışını davam etdirəcək.

6 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları

23:30. “Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan) (İlk oyun – 1:2) - 2:0
Qollar: Hinteregger, 19 (1:0), 33 (2:0)
Baş hakim: Bobbi Madden (Şotlandiya)
Zalsburq. "Red Bull Arena"

 





07.08.2014    çap et  çap et