525.Az

Bakı çimərliyində faciə: iki ailənin 5 uşağı boğuldu


 

Bakı çimərliyində faciə: iki ailənin 5 uşağı boğuldu<b style="color:red"></b> Bakı çimərliklərinin birində dəhşət yaşanıb. İki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub.

AzNews.az-ın məlumatına görə, dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal DRESS qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, qardaşı 13 yaşlı Hüseyn Fərziyev, 10 yaşlı Kamalə Əliyeva, qardaşları - 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar. Hadisə yerinə Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kamalə Əliyevanın meyiti sudan çıxarılıb.

Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür.
 





07.08.2014    çap et  çap et