525.Az

Biləsuvar-Culfa sərhəd-keçid məntəqəsi 24 saat işləyəcək


 

Biləsuvar-Culfa sərhəd-keçid məntəqəsi 24 saat işləyəcək<b style="color:red"></b> Azərbaycan və İran arasında artan iqtisadi əlaqələri nəzərə alaraq Biləsuvar-Culfa (İran) sərhəd-keçid məntəqəsinin həftənin bütün günlərində 24 saatlıq iş vaxtına keçirilməsi barədə razılıq əldə edilib.
 

“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri, Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
 
Nazir bildirib ki, bundan başqa, İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına keçidinin sadələşdirilməsi istiqamətində işlər aparılacaq: “Dövlət Komissiyasının iclası çərçivəsində bu məsələyə də baxılıb”.
 





07.08.2014    çap et  çap et