525.Az
Roma Papası gəncləri internetdə daha az vaxt keçirməyə səsləyib
Roma Papası Fransısk I gəncləri internetdə az vaxt keçirməyə səsləyib.
525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, Almaniyada 50 min insan qarşısında çıxışı zamanı belə fikir səsləndirib.
"Bizim həyatımız zamandan asılıdır, zaman Allahın hədiyyəsidir, buna görə onu düzgün sərf etmək lazımdır" – pontifik deyib.
O, yalnız internetdə deyil, həm də televizor ekranı qarşısında az vaxt keçirməyin məqsədəuyğun olduğunu qeyd edərək, gəncləri "smartfon ekranı" qarşısında az vaxt keçirməyə və daha çox ətraf dünyaya vaxt ayırmağa çağırıb, - "Gazeta.ru" .
07.08.2014
çap et