525.Az

Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırılıb


 

Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırılıb<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) üzvlərinin sayı 7-dən 9-a çatdırılıb.

525.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Sənədə əsasən, İH AMB-nin kollegial ali idarəetmə orqanıdır. Onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir.

 





31.07.2023    çap et  çap et