525.Az

Ərdoğan Putini razı salacaq, “soyuq küləklər” aradan qalxacaq - Şərh


 

Ərdoğan Putini razı salacaq, “soyuq küləklər” aradan qalxacaq<b style="color:red"> - Şərh</b>

Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Türkiyəyə səfəri zamanı müzakirə etməyi planlaşdırdığı məsələlər məlum olub. Bildirilib ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə “Taxıl sazişi” və Ukraynadakı müharibənin gələcəyini müzakirə edəcək.

İki ölkə liderləri həmçinin Moskva və Kiyev arasında ehtimal edilən sülh müqaviləsi barədə danışacaqlar.

Məlumata görə, artıq səfərlə bağlı hazırlıqlara başlanılıb. 

Putinin Türkiyəyə səfər edəcəyinə hələ də inanmıram. Səfərin son anda təxirə salınması, yaxud da Ərdoğanın Rusiyaya gedəcəyi mümkündür. 
Ehtimal edilən görüşün gərgin keçəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Yəqin ki, əsas məsələlərdən biri məhz “Taxıl sazişi”nin bərpası olacaq. Ərdoğan Putini sazişin bərpasına razı salmağa çalışacaq. Və, çox güman, o, buna nail olacaq. Vəziyyətin uzun müddət belə davam etməsi və dünyada aclıq böhranının yaranması inandırıcı deyil. Bu, Moskva üçün bumeranq effekti verəcək. 

Ankara müharibənin ilk günündən bəri Moskva ilə Kiyev arasında vasitəçi olmağa çalışır. Türkiyə müharibənin bitməsi üçün səmimi səylər göstərən, bəlkə də, yeganə dövlətdir. Bunun səbəbləri barədə əvvəllər danışmışıq. Sadəcə olaraq indi onu deyək ki, Türkiyənin imkanları getdikcə azalır. Ankara müharibəni bitirmək artıq nəinki Kiyev və Moskvanı bir araya gətirməli, həm də Qərblə, xüsusilə Vaşinqtonla dil tapmalıdır. Çünki hazırkı müharibə məhz ABŞ-dan idarə olunur. 

Dövlət başçılarının ehtimal edilən görüşü 2 dövlət arasında son vaxtlar armaqda olan “soyuq küləklərin” aradan qalxmasına səbəb ola bilər. Gərginlik tərəflərdən heç birinin maraqlarına uyğun deyil. Bu mənada hər iki tərəf səməmi və adekvat addımlar atmalıdır.

 





02.08.2023    çap et  çap et